15/08/2026
Seçilmiş toxunma və hörmə çantalara 30% xüsusi təklif. Fərqli fakturalar, naxışlar və əl işi detalları ilə gündəlik obrazı tamamlayan modellər.
___
A special offer on selected CHELEBI bags.
30% OFF selected woven and knitted bags. Different textures, patterns, and handcrafted details designed to become an expressive part of your everyday look.
13/08/2026
Yay bitməzdən əvvəl CHELEBI keramika kolleksiyalarından seçilmiş parçalar üçün xüsusi təklif.
Togra Collection və Dolasan Collection-a 40% xüsusi təklif avqustun 31-dək qüvvədədir.
Azərbaycanın tarixi keramika sənətindən, muzey nümunələrindən və Təbriz məktəbinin bədii irsindən ilhamlanan parçalar. Özünüz üçün seçə biləcəyiniz və ya dəyər verdiyiniz insana hədiyyə edə biləcəyiniz xüsusi obyektlər.
____
Before summer comes to an end, a special offer on selected CHELEBI ceramics.
40% OFF the Togra Collection and Dolasan Collection until August 31.
Inspired by Azerbaijan’s historic ceramics, museum artifacts, and the artistic heritage of the Tabriz school, these pieces are made to be kept, collected, or given as a thoughtful gift to someone special.
09/08/2026
Untitled Series işıq heykəlləri yeni, tək nüsxəli dizaynlarla yenidən təqdim olunur.
Aida Mahmudovanın Aida Mahmudova davam edən şüşə tədqiqatlarının nəticəsi olan bu lampalar yaddaş, forma və işıq arasında sakit dialoq yaradır. Daş piramidalarından ilhamlanan heykəltəraş siluetlər şəxsi xatirələrin daşıyıcısına çevrilir.
_____
The sculptural lamps from the Untitled Series return with new one-of-a-kind designs.
Created as part of Aida Mahmudova’s AIDA STUDIO ongoing exploration of glass, each lamp reflects a quiet dialogue between memory, form, and light. Inspired by ancient stone cairns, the sculptural silhouettes become contemporary objects that carry a sense of place and remembrance.
07/08/2026
CHELEBI əşyaları interyerə sadəcə forma deyil, özünəməxsus atmosfer gətirir.
Əl döyməsi metal quş şamdanı və Sandy Ceramic kolleksiyasından olan keramik güldan eyni məkanda material, faktura və irs arasında dialoq yaradır. Xalça ornamentlərindən ilhamlanan quş fiquru Abşeronun təbii fakturalarını daşıyan keramika ilə bir araya gələrək interyerə xarakter və tamamlanmış hiss bəxş edir.
Məkanı yaşadan, onun ovqatını formalaşdıran obyektlər.
İnteryer dizayneri: Дизайнер интерьера | Баку | СПб |Айсель Ахмедова
__________
CHELEBI objects bring more than form to an interior. They shape its atmosphere.
The hand-forged metal bird candlestick and a ceramic vase from the Sandy Ceramic Collection create a dialogue between material, texture, and heritage. Inspired by Azerbaijani carpet ornamentation and the natural textures of Absheron, the two objects bring character and a sense of completeness to the interior.
Objects that give a space its mood and make it feel lived in.
Interior designer: Дизайнер интерьера | Баку | СПб |Айсель Ахмедова
30/07/2026
Üfürülmüş şüşə — yay süfrəsi üçün rəngli vurğu
Çexiyanın KLIMCHI şüşə evi ilə əməkdaşlıqda təqdim olunan üfürülmüş şüşə kolleksiyası yay süfrələrinə rəng, işıq və yüngüllük gətirir.
İstər bağda uzun axşam yeməyi, istər piknik, istərsə də şəhər eyvanında sakit bir görüş olsun — hər bir obyekt gündəlik istifadə üçün yaradılıb və eyni zamanda məkanın ifadəli detalına çevrilir. Əl ilə formalaşdırılan hər nümunə öz rəngi və işığı ilə unikaldır.
___
Hand-blown glass for long summer evenings
Created in collaboration with the Czech glass house KLIMCHI, this collection of hand-blown glass brings color, light, and effortless character to the summer table.
Whether for dinner in the garden, a picnic outdoors, or a quiet evening on the terrace, each piece is designed for everyday use while becoming a vibrant focal point. Hand-shaped one by one, every object is unique in the way it catches light and reveals its color.
28/07/2026
Rəng, naxış və yay ovqatı bir detalda.
CHELEBI × Guanabana əməkdaşlığından olan toxunma bilərziklər əl işi ilə hazırlanır və fərqli rəng kombinasiyaları ilə ənənəvi toxuculuq naxışlarını müasir aksesuara çevirir.
Tək taxın və ya bir neçəsini birlikdə kombin edin. Yayın rənglərini gündəlik ritminizə əlavə edən kiçik, amma ifadəli detallar.
Qiymətlər 37 AZN-dən başlayır.
⸻
Color, pattern, and the spirit of summer in a single detail.
The woven bracelets from the CHELEBI × Guanabana collaboration are handwoven in vibrant color combinations, reinterpreting traditional weaving patterns as contemporary everyday accessories.
Wear one or layer several together. Small details that bring color, texture, and character to the rhythm of summer.
Prices start from 37 AZN.
19/07/2026
Qarabağlar türbəsi qədim Azərbaycan memarlığının nadir incilərindən biridir.
XIV əsrdə inşa olunmuş bu abidə, möhtəşəm silueti və özünəməxsus memarlıq dili ilə seçilir.
Onikibucaqlı gövdəsi, silindrik minarələri və incə naxışlarla işlənmiş səthləri onu Şərq memarlığının unikal nümunəsinə çevirir.
Qarabağlar türbəsi yalnız dini məkan deyil, həm də estetik zövq və tarixi dəyəri özündə birləşdirən bir irs daşıyıcısıdır.
Retro fotoşəkillər: görkəmli azərbaycanlı fotoqraf İsay Rubençik.
_________
The Qarabağlar Mausoleum is one of the rare gems of ancient Azerbaijani architecture. Dating back to the 14th century, this monument stands out with its monumental form and distinctive architectural style. Its twelve-sided body, cylindrical minarets, and richly ornamented surfaces make it a unique example of Eastern architectural heritage. The Qarabağlar Mausoleum is not only a religious site but also a bearer of deep aesthetic and historical value.
Retro photographs by the outstanding Azerbaijani photographer Isay Rubenchik.
13/07/2026
Bird Keychain Azərbaycan ornament irsindən ilhamlanıb.
______
Bird Keychain is inspired by the heritage of Azerbaijani ornamentation.
60 AZN
Sheki Khan guldanı Şəki Xan Sarayının ənənəvi üslubundan ilhamlanan dekorativ obyektdir.
________
Vase Sheki Khan is inspired by the traditional style of Sheki Khan Palace.
Prices start from 119 AZN
Lili babuşları təbii dəri və vintage xalça tekstilindən hazırlanmış təkrarsız cütlükdür.
______
Babouches Lili: natural leather and vintage rug textile in a one-of-a-kind pair.
285 AZN
Sheki Khan Floral çay fincanı və nəlbəki dəsti Şəki Xan Sarayının zərif divar rəsmlərindən ilhamlanan motivləri daşıyır.
_______
Sheki Khan floral tea cup and saucer carry motifs inspired by the elegant wall paintings of Sheki Khan Palace.
64 AZN
Leather Flower Bag Charm yerli azərbaycanlı ustalar tərəfindən əl ilə hazırlanır və CHELEBI hədiyyə qutusunda təqdim olunur.
_______
Leather Flower Bag Charm is handcrafted by local Azerbaijani artisans and presented in a CHELEBI gift box.
180 AZN
Girls with Fruit ipək şərfi görkəmli azərbaycanlı fotoqraf İsay Rubençikin retro fotolarını saf ipək üzərində təqdim edir.
________
Girls with Fruit silk scarf features retro photographs by outstanding Azerbaijani photographer Isay Rubenchik, printed on pure silk.
90 × 90 cm | 248 AZN
Çex şüşə markası KLIMCHI ilə əməkdaşlıqda yaradılan Bohemian Crystal Jug süfrəyə yüngüllük və rəng qatır.
________
Bohemian Crystal Jug, created in collaboration with Czech glass house KLIMCHI, brings lightness and color to the table.
2 L | 269 AZN
Rasim Babayevin Divs jakarlı pambıq pledi evə sənət, istilik və xarakter gətirir.
_______
Rasim Babayev’s Divs jacquard cotton blanket brings art, warmth, and character into the home.
180 × 130 cm | 235 AZN
06/07/2026
İlk dəfə ALCOVA Milano 2026-da təqdim olunan Tilsim konsolu artıq Bakıda mövcuddur.
Korpusun içində funksional siyirmə yerləşir, materialların qarışığı isə mebel və collectible obyekt arasındakı sərhədi yumşaldır.
—
First presented at ALCOVA Milano 2026, the Tilsim console is now available in Baku.
Part of CHELEBI’s Tilsim collection, this sculptural console is inspired by the ancient idea of a talisman: an object that carries meaning, protection, and memory. Solid wood and woven natural fiber elements come together in one cohesive form: warm, tactile, and bold in silhouette.
A functional drawer is integrated into the body, while the mix of textures softly blurs the line between furniture and collectible object.
03/07/2026
Yay həftəsonları üçün ideal seçim: yüngül, geniş və özünəməxsus şopper çantalar.
CHELEBI şopper çantaları xalça naxışlarını gündəlik həyata gətirir. Bir vaxtlar interyerlərdə yaşayan ornamentlər indi şəhər gəzintilərində, həftəsonu planlarında və yolboyu yaşanan kiçik anlarda sizə yoldaşlıq edir.
Tarixi yüngül şəkildə daşımaq üçün.
__
An easy shape for summer weekends: light, spacious, and full of character.
CHELEBI shopper bags carry carpet motifs into the rhythm of everyday life. Ornaments once rooted in interiors now move with you through city strolls, weekend plans, and small moments gathered along the way.
Designed to carry history lightly.